Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
SALAVAT
is. [ər.] din. Məhəmməd peyğəmbər və imamların şəninə oxunan dua. Hamının gözü salavat səsi gələn tərəfə baxırdı. M.S.Ordubadi. Salavat səsindən qulaq tutulurdu. E.Sultanov. □ Salavat çəkmək (çevirmək, göndərmək, çöndərmək) - dua oxunduqdan sonra sağ əli üzə çəkmə ayini. Bu hində yuxudan oyanıb öz-özümə bir neçə dəfə salavat çöndərdim. C.Məmmədquluzadə. Ziyafət məclisindəkilər bir səslə peyğəmbərə salavat göndərdilər. M.S.Ordubadi.
Mahmud əmi duanın arasında “allahüməssəlli” deyib, salavat çevirdi. B.Talıblı.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....