Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
SAKİTLİK
is. 1. Səs, danışıq, hay-küy olmadığı hal; tam sükut, səssizlik. Sakitliyi gözləmək. Sakitlik yaratmaq. Sakitliyi pozmaq. - Elə sakitlik idi ki, nə bir kimsənin səsi çıxırdı, nə də bir yarpaq tərpənirdi. S.S.Axundov. [Qəhrəman:] Sükut deyirəm, səhv etməyiniz. Onu ancaq o vaxt sakitlik adlandırmaq olardı. H.Nəzərli.
məc. Dinclik, əmin-amanlıq, asayiş, əmniyyət; dinc, sakit həyat. Hər yerdə sakitlik hökm sürür. // Müvəqqəti sükut. Müharibə meydanında sakitlik idi, iki tərəf də evlərinə çəkilmiş idi. Çəmənzəminli.
məc. Arxayınlıq, xatircəmlik; iztirab, həyəcan, qayğı olmadığı hal. Sakitliyini itirmək. - Rüstəm kişini təəccübləndirən Aslanın sakitliyi, hətta Yarməmmədin bir qədər mülayim rəftarı idi. M.İbrahimov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla