Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
SAKİTLƏŞDİRMƏK
f . 1. Sakit etmək, rahatlandırmaq; rahatsızlığını, iztirabını, həyəcanını aradan qaldırmaq; təskin etmək. [Aslanın] xoş və təbəssümlü baxışları ən qəzəbli və ya böyük həyəcan keçirən adamı belə sakitləşdirə bilərdi. S.Vəliyev. Sərvinaz qarı ilə Əsəd baba Şahmarı dilə tutub güclə sakitləşdirmişdilər. B.Bayramov. // Özünü sakit aparmağa məcbur etmək. Uşaqları sakitləşdirmək. Dalaşanları güclə sakitləşdirə bildik. Yatırtmaq, ləğv etmək. Qovğanı sakitləşdirmək. Həyəcanı sakitləşdirmək. Yüngülləşdirmək, ya aradan qaldırmaq, kəsmək. Diş ağrısını sakitləşdirmək. Əsəbləri sakitləşdirmək.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....