Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
SAHMANLAMAQ
f Qaydaya salmaq, səliqəyə salmaq, nizama salmaq, düzəldib hazırlamaq. Mizin üstünü sahmanlamaq. Evi sahmanlamaq. Yorğan-döşəyi sahmanlamaq. - [Tapdıq] şananı əlində sahmanlayır, yabanı çəpərə ilişdirir, beləliklə, gününü keçirirdi. Ə.Vəliyev. Gəldiyev tez qalxıb üst-başını sahmanlayıb, masasının başına keçmişdi. Mir Cəlal. // Hazırlıq, tədbir görmək, şərait yaratmaq. Ya deyirik işləri sahmanlayaq; Məclisiəyanda vurur tək səbir. M.Ə.Sabir.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....