Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

SAĞMAL

sif Südü olan, süd verən, sağılan. Sağmal inək. - [Sürünün] içində bir dənə də olsun sağmal heyvan yoxdur. “Koroğlu” .
Məclisin hər tərəfindən növbə ilə səslər çıxar: qayınata - bir sağmal camış. R.Əfəndiyev. [Ailənin] bir öküzü, bir-iki sağmal keçisi var idi. Mir Cəlal.
□□ Sağmal inək məc. - uzun müddət biri üçün gəlir, qazanc mənbəyi olan adam və s. haqqında. Xərcləri ödəməkçün; dövlət kassası hər gün; bir sağmal inək kimi; bollu-bollu sağılır. R.Rza.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....