Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
SAĞMAQ
f 1. Südverən heyvanların yelinindən südü süzüb çıxarmaq. Camışı sağmaq. - Tez durub sübh sağardım inəyi; Xansənəmdən diləməzdim köməyi. M.Ə.Sabir. [Ayrım qızı:] İkimiz də cavan idik. Rəhim ağanın qapısında qulluq edərdik, [ərim] çoban idi, mən də ağalığın inəklərini sağar, yağ-pendirini tutardım. A.Şaiq. [Ana Pəriyə:] Qoy Əşrəf baba keçiləri sağsın, bu saat qonağımız üçün süfrə açarıq. Ə.Məmmədxanlı.
məc. Birinin pulunu, malını tədricən əlindən almaq, birindən daim pul və s. çəkmək. [Nəbi:] [Ağamı] qumarda sağmal inək kimi sağırlar. S.S.Axundov. Hacısan, məşhədisən, sahibimizsən, ağasan; İstəyirsən həmi qırxıb bizi, həm də sağasan. Ə.Nəzmi.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....