Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
SAĞLAM
sif. 1. Bədəninin bütün üzvləri düzgün, sağ-salamat olan, normal işləyən, bədəni hər cəhətcə saz olan (xəstə ziddi). Sağlam gənc. Sağlam qadın. Sağlam bədən.
Qırdı şahpərini, kəsdi qolunu; Sağlam bir işçinin iti yumruğu. M.Müşfiq. Sağlam bir kişi alaçığa girdi. İ.Əfəndiyev. // Sağlamlıq ifadə edən, sağlam olduğunu göstərən. Sağlam görünüş. Yanağında sağlam bir qırmızılıq görünür. // məc. Düzgün, ağıllı, qüsursuz, dürüst. Sağlam düşüncə. Sağlam tənqid. Sağlam olmayan fikir. Sağlam tərbiyə. - [Uluca:] Budur ən doğru və sağlam tədbir; Olsun üç qonşu bu gündən əlbir. A.Şaiq. Azadlığın verdiyi nemətlərdən istifadə üçün sağlam şüur və beyin lazımdır. M.İbrahimov.
Orqanizm üçün faydalı, xeyirli; təmiz, saf. Sağlam iqlim. - Müsafirlərdən bir çoxu:
Bu dağılmış da heç vaxt sağlam bir hava görmədik, - deyə, Culfa mühitinə nifrət yağdırırdı. M.S.Ordubadi. Şəhər sağlam, mülayim havanı uda-uda rahatca yuxuya getmişdi. B.Bayramov. // məc. Normal, lazımi. Sağlam mühit.
məc. Möhkəm, sarsılmaz, işə qabil, müqtədir. Sağlam kollektiv.
məc. Sağ, zədəsiz, salamat, xarab olmamış (çürük əksi). Sağlam qoza. Sağlam şitil. Sağlam dəri.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....