Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
SAĞALMAZ
f sif Heç zaman sağala bilməyən, sağaldıla bilməyən, əlacı, dərmanı olmayan. Dedi: anlatmışam mətləbi mərdə; Olunacaq çarə sağalmaz dərdə. H.K.Sanılı. Lakin son iki ildə [Gileygüzarov] sağalmaz bir xəstəliyə düçar olmuşdur. S.Rüstəm. // Məc. mənada. Nə batmısan qara sən; Könül yara-yara sən; Nə tükənməz dərd oldun; Nə sağalmaz yara sən. (Bayatı).
□□ Sağalmaz dərdə salmaq - çox ağır bir vəziyyətə salmaq, əlacsız dərdə salmaq, son dərəcə kədərləndirmək, böyük dərd vermək. [Kələntərli:] Əmirli yoldaş ikimizi də sağalmaz dərdə salıb, qardaş! I.Hüseynov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....