Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
SAFLIQ
is. 1. Saf olma, təmiz olma, qatışıqlardan təmizlənmiş, saf şeyin halı. Metalın saflığı. Qızılın saflığı. Toxumun saflığı. - Vaqifəm, çox əla bir gövhər idim; Saflıqda polada bərabər idim. M.P.Vaqif.
məc. Təmizlik, şəffaflıq, aydınlıq. Oxqay! ..Havadakı saflığa bax bir; Könül təzələnir, can təzələnir. B.Vahabzadə.
məc. Mənəvi təmizlik, düzgünlük, doğruluq, namusluluq. Ay yenə də gülümsədi... saçlarını dağıdaraq; Dedi, insan qəlbindəki sadəliyə, saflığa bax! S.Vurğun. Eldar hələ gözünün yaşı qurumamış, gülümsəyən bir körpə saflığı ilə, qəzəbli üzündə xəfif bir təbəssümlə mənə baxdı. M.Rzaquluzadə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla