Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
SADƏ
sif. [fars.] 1. Mürəkkəb olmayan, çətin olmayan, asan həll olunan, bəsit, asan. Sadə məsələ. Sadə iş. - Bu şərtlər olduqca sadə idi. S.Hüseyn. [Orxan:] Bət-bənizin solmuş, çöhrən dəyişmiş; Qolay sanma, deyil bu sadə bir iş. H.Cavid.
xüs. Tərkibcə bəsit olan, qatışığı olmayan, mürəkkəb olmayan. Sadə cisim. Sadə mexanizm. Təbii, adi, təmtəraqsız, sünilikdən uzaq, hamının başa düşəcəyi şəkildə, populyar. Sadə danışıq. Kitab sadə dildə yazılmışdır. Telli arvadın sadə sözləri Qaraşın fikrini işıqlandırdı. M.Ibrahimov. Bəzən əmisinin oxuduğunu arvadlar başa düşmədikdə Qadir sadə dillə bunu onlara izah edərdi. Ə.Əbülhəsən.
Heç bir şeylə başqalarından fərqlənməyən, ən adi, bəzək-düzəksiz, zinətsiz. Sadə geyim. Sadə şey. Sadə yemək. - Beş il əvvəl mən [Xədicəni] zəngin bir əlbisədə görmüşdüm. indi isə sadə bir libas geymişdi. S.Hüseyn. Qaratel sadə çit don geyib başına ağ krepdeşin örpək örtmüşdü. Ə.Əbülhəsən.
Heç bir imtiyazı olmayan, adi, hamı kimi. Sadə fəhlə. Sadə müəllim babadır. - Rahatlıq bilməyib çalışan alimlərin vücudları biz sadə bəndələr üçün çox bahadır. C.Məmmədquluzadə. // Cəmiyyətin zəhmətkeş hissəsinə mənsub olan; əməkçi, zəhmətkeş. Dünyanın sadə adamları.
məc. Ürəyiaçıq, sadədil, sadəqəlbli, biclik bilməyən, tezinanan. Çox sadə adamdır, hər şeyə inanır. - Əğyarə inanma, gözəlim, qorxuram ondan; Çox sadəsən, hər söz ki deyirlər, inanansan. Ə.Vahid.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....