Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
SAÇ-SAQQAL
is. Başda, özdə olan tüklər. Saç-saqqalını vurdurmaq. - [Hüseyn:] Mən sizi 6-7 ay əvvəl bir kişi ilə bərabər gəzən görərdim. Onun yıpranmış vücudu, bozarmış saç-saqqalı yaşının əllidən artıqlığını bildirirdi. S.Hüseyn. Saç-saqqalında bir dənə də ağ tük yox idi. M.Hüseyn.
□□ Saç-saqqal ağartmaq - bax saçınısaqqalını ağartmaq. Sən səhnədə saç ağartdın, doğrudan da sənətkarsan; Sən daima ətir saçan, güllər açan bir baharsan. S.Vurğun. [Qoca:] Biz köhnələr bu çöllərdə çox vuruşmuşuq, saç-saqqalımız bu işdə ağarıbdır. H.Nəzərli. Saçı-saqqalı bir-birinə qarışmış - səliqəsiz, pəjmürdə, dalğın halda. Dükan qabağında isə saçı-saqqalı bir-birinə qarışmış bir dustaq dayanmışdı və Babək tələsik cibindən bir daraq çıxartdı. Ə.Məmmədxanlı. Saçını-saqqalını ağartmaq - bir işdə uzun müddət işləyib qocalmaq. [Alı] ömrünü, gününü [paşanın] qapısında çürüdüb, saçınısaqqalını ilxı dalında ağartmışdı. “Koroğlu” . [Baba:] Saçımı-saqqalımı bağ-bağça işində ağartmışam. Mir Cəlal. Saçının-saqqalının ağaran vaxtında - qocalanda, qoca vaxtında. Ancaq budur, saçının-saqqalının ağaran vaxtında yenə dinc dayanmamış, gedib cavanlara qoşularaq Gülsənəmi “odparçalarının” içində tək qoymuşdu. V.Şıxlı.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....