Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

SAÇMA

1. “Saçmaq”dan f.is.
Bax qırma 2-ci mənada. Xəlil isə atdığı saçmanın gilizini çıxardıb üflədi. M.Hüseyn. Tək bir saçma [quşun] sol qanadının ucunu dəlib keçmiş, sümüyü sındırmamışdı. M.Rzaquluzadə. Məmmədxanla Yusifəli başqa şeylərlə, qızılquşla, ov tulası ilə, saçma, barıt və varlı uşaqlarına məxsus şeylərlə maraqlanırdılar. P.Makulu.
Boş, yersiz, mənasız, rabitəsiz, məntiqsiz söz; hədyan. [Orxan:] O məcnundur, ondan bir şey umulmaz; Saçmadır hər sözü, əsla tutulmaz. H.Cavid. [Məhərrəm] yenə arabir saçma sözlər söyləyirdi. A.Şaiq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....