Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
SAÇAQLI
sif 1. Saçaqları olan, saçaq salınmış, saçaq qoyulmuş. Saçaqlı xalı. Saçaqlı süfrə. Saçaqlı yaylıq. Saçaqlı pərdə. - [Qadın] başına nə qədər sığal vurdusa da, kirpi saçlarını yatırda bilmədi, əlindəki saçaqlı dəsmalı başına dolamalı oldu. M.Hüseyn. Nazlı əlində bağlama, başında saçaqlı şal yüyürüb gəlir. Ə.Məmmədxanlı. □ Saçaqlı konfet - keçmişdə: saçaqlı kağıza bükülmüş konfet növü. Teybə.. evə yolu düşəndə Bahadır üçün həmişə fındıq, qoz, saçaqlı konfet, iydə və bəzən xurma gətirərdi. M.Hüseyn. [Çərçi] bəzi vaxt saçaqlı konfet də gətirərdi. S.Rəhimov. Saçaq kimi sallanmış uzun tükləri olan. Saçaqlı qoyun. Saçaqlı it.
bot. Kökü saçaq şəklində (tel-tel) olan. Saçaqlı köklər. - Eyvaz dayı da saçaqlı tütündən papiros çəkə-çəkə başlayırdı kolxozu tərifləməyə. İ.Əfəndiyev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla