İzahlı lüğət

SAC

is. Üzərində lavaş, yuxa, bozlamac, qutab və s. bişirmək üçün ortası qalxıq, dairəşəkilli çuqun və ya dəmir lövhə. [Gülsüm] birtəhər itdən xilas olub, özünü çörək təndirinə soxdu və dəmir sacı başına çəkdi. Çəmənzəminli. Səmədin nəzərləri.. sacın, içində qurumuş xəmirdə barmaq izləri görünən teştin və oxlovun üzərində gəzdi. I.Hüseynov. // Sacda bişirilən. Sac qovurması (saciçi). -Hamımız bərabər yağ, süd və yenicə bişmiş sac çörəyi ilə qarnımızı doydurduq. H.Nəzərli. Mənə dağ havası verin! Sac yuxası verin! R.Rza.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed