Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

SABİT

sif. [ər.] 1. Hərəkət etməyən, hərəkətsiz, daim bir qərarda duran (qalan), dəyişməyən, tərpənməz; daimi. Sabit cərəyan. Sabit temperatur. Sabit qüvvə.
məc. Səbatlı, möhkəm; fikrinin, əqidəsinin üstündə möhkəm duran, fikrindən, əqidəsindən dönməyən. Bircə Zeynal bəy toxtaq durub, əvvəlki layihəsində sabit idi... Çəmənzəminli. □ Sabit qalmaq - bir şeyin üstündə möhkəm durmaq, fikrindən, əqidəsindən dönməmək. Xülasə, şəhərdə hər bir şey tərəqqi tapmışdı, dəyişilmişdi, abad olmuşdu, bircə usta Ağabala qədimliyində sabit qalıb otuz il idi ki, bu qərar ilə məişət keçirirdi. Çəmənzəminli.
□□ Sabit olmaq köhn. - sübut olunmaq, yəqin olmaq, sübuta yetmək. [Fərraşbaşı:] Ağa Şahzadə soruşur ki, Hacı Qafurun bacısının varisliyi sizin yanınızda sabit oldumu? M.F.Axundzadə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....