Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

SAAT

is. [ər.] 1. Gecə-gündüzün iyirmi dörddə birini təşkil edən və 60 dəqiqədən ibarət olan vaxt ölçüsü vahidi. // Saat ölçüsü vahidi. iki saat işləmək. Üç saat gözləmək. Təyyarə iki saat gecikir. - Bir saat sonra alaçığımıza köçdük. A.Şaiq. [Şahmar Şahpəriyə:] Gündə kitabxananı cəmi bir saat açıq saxlamırsan. B.Bayramov. □ Bu saat - indi, indicə. [Kazım:] Bu saat başını salamat saxlamaq istəyirsənsə, başını aşağı sal, kəsbkarlığına qurşan.. Çəmənzəminli. Elə bil bu saat bütün xarici aləm yalnız sədrdən asılı idi. İ.Əfəndiyev. Haman saat - bax o saat. Haman saat işə başladı. O saat - tez, əlüstü, dərhal. Əgər mən biləm ki, qardaşım casusdur, o saat onu yaxalayıb, verərəm hərbi tribunala. H.Nəzərli.
Günortadan, yaxud tən gecə yarıdan hesablanan 60 dəqiqəlik vaxt ölçüsü. [Mərcan bəy:] Aha, saat neçədir, o vaxta bir saat qalıbdır, zərər yoxdur, qurtardım Minnətin üzündən, qurtardım! U.Hacıbəyov. Saat üçdü... Kazım işdən qayıtmış; Vücudunu qaplamışdı yorğunluq. M.Müşfiq.
Gecə-gündüz müddətində vaxtı təyin etmək üçün alət, cihaz. Divar saatı. Cib saatı. Qol saatı. - Usta Zeynal Mirzə Səfərin oğluna xeyir-dua verib, yaxşı yol ilə müvəffəqiyyət diləyib bir qızıl saat da verdi. Ə.Haqverdiyev. ..Əzizin gözləri saatın yanından asılmış böyük bir şəklə ilişdi. S.Rəhman. Tənəffüslə birlikdə dərsə, mühazirəyə sərf olunan 60 dəqiqəlik müddət. Akademik saat (texnikumlarda və ali məktəblərdə 50 dəqiqə davam edən vaxt, müddət). Dərs saatı (ümumtəhsil məktəblərində 45 dəqiqə davam edən məşğələ müddəti). Dərs proqramını saatlara bölmək. // Pedaqoji məşğələ, mühazirə. Saatlarımı yazdınmı? Xəstə müəllimin saatlarını kimə verdilər? Vaxt, çağ, an, zaman. Axşam saatlarında. - iraq olsun yaman gözdən, nə xoş saətdir ol saət; Ki, məşuqilə aşiq eyləyib nazişitab oynar. Füzuli. [Cavadın] dərələrdən quzuqulağı yığıb yediyi saatlar gözləri qabağında canlandı. Ə.Vəliyev.
Bax saatlıq. Buradan oraya neçə saat yoldur? - Bakıdan buraya dörd saata gəlmişdik. M.Hüseyn.
□□ Bir saatın içində - dərhal, o saat, gecikmədən. Bir saatın içində ağa ikən qul oldum. Vahabzadə. Saatdan-saata - bax saatbasaat. Bina saatdan-saata ucalırdı. - Üçüncü quyu ətrafında görülən işlər gündən-günə deyil, saatdan-saata artır. Y.Əzimzadə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....