Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

RUZİ

is. [fars.] Azuqə, yeyəcək. Qonağın ruzisi özündən qabaq gələr. (Ata. sözü). [Şahmar:] Əgər bu çinar yeməli meyvə gətirsə, özü də yaxşı tutsa, bütün bir kəndin ruzisi olar. B.Bayramov. □ Ruzi etmək (eləmək) - azuqə kimi işlətmək, yeyəcək kimi istifadə etmək. [Fərəc:] Bir şey yığıb verərsiniz, mən də aparıb özümə ruzi edərəm. Qantəmir. [Mirzə] meşənin pencər və otundan ruzi etməyə başladı. S.Rəhimov. Ruzi qazanmaq, ruzisini çıxarmaq - gündəlik yemək-içməyini əldə etmək, çörəkpulu qazanmaq. [Kazım:] Indi.. xanın sayəsində təzətəzə uyuşub, balalarımın ruzisini çıxarıram. Çəmənzəminli. Ruzimi (ruzini, ruzisini) əldən buraxmaq (çıxarmaq) - əlinə düşən nemətdən, azuqədən məhrum olmaq; uduzmaq. [Ovçu:] Nə üçün ruzimi əlimdən buraxım, nə üçün halal malımı sənə bağışlayım? Ə.Məmmədxanlı. Ruzisini kəsmək - yeyəcəkdən məhrum etmək, yeyəcəyini əlindən almaq, yeyəcəksiz qoymaq; ac qoymaq. [Nəcəf] uşaqların ruzisini kəsəndə belə olar. İ.Əfəndiyev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....