Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

RUHANİ1

[ər.] 1. is. Din xadimi. Əqdinikah mərasimi olduqca təntənəli keçdi, bütün Şuşa ruhanilərinə xələt verildi. Çəmənzəminli.
sif Din ilə bağlı olan, dinə aid olan; dini. ..Millətin ruhani ataları - mollalar millətin avamlıqda qalmaqlarından nəfbərdar olub, zahirdə dediklərinə batində əməl etmirlərmiş.. F.Köçərli. Atam ruhani idarəsindən çıxmağa məcbur olmuşdu. A.Şaiq. // Din tədris edilən. Ruhani məktəb.
sif Ruhla bağlı olan, ruha aid olan. Həyatın mənşəyinin ruhani başlanğıcla bağlılığı.
sif. Qeyri-cismani, qeyri-maddi; mənəvi, xəyali, mücərrəd. Həqiqət, axır vaxtadək Bahadırın Sonaya və Sonanın Bahadıra olan ruhani məhəbbətlərində şəkk yox idi. N.Nərimanov.
is. Sazda çalınan aşıq havalarından birinin adı.
□ Ruhani ata məc. - tərbiyəçi, mürəbbi, tərbiyə verib yetişdirən adam; ustad, yol göstərən. Ruhani ataydı şagirdlərinə; Köksü dar gələrdi iftixarına; Ondakı məhəbbət, ondakı şəfqət; Sığmırdı insanlıq hüdudlarına. Şəhriyar.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....