Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
It is exist
ROL
[fr.] 1. Artistin səhnədə, kinofilmdə təmsil etdiyi surət. Molla rolunu oynayan aktyor Sona xalaya sataşmaq məqsədilə.. zarafat etməyə başladı. S.S.Axundov. // Məc. mənada. Mahmud öz arvadına evdə lazımınca təlim etmişdi. Indi burada rolunu yaxşı ifa etməyinə şübhələnməyirdi. B.Talıblı. Yaxşı saxlaya bilmir öz rolunu yadında; Yanır, tüstüsüz yanır qısqanclığın odunda. S.Rüstəm.
Pyesin, tamaşada iştirak edən hər bir aktyora aid olan mətni. Rolunu əzbərləmək. Rolunu oxuyub təkrarlamaq. Rolunda şəklinlə - ... sifətilə, bir ... kimi. Müşahidəçi rolunda iştirak etmək. Vəkil rolunda çıxış etmək. Rol oynamaq - əhəmiyyəti olmaq, təsiri olmaq, hər hansı bir yolla təsir göstərmək. Xalq tamaşaları hər bir zaman xalqların həyatında mühüm rol oynamışdır. Ə.Haqverdiyev. Rola girmək - başqa bir vəziyyəti, keyfiyyəti mənimsəmək, götürmək; öz vəzifəsini, vəziyyətini yaxşı mənimsəmək. Dadaşovun dodaqları qaçdı, ağappaq, sapsağlam dişləri göründü: - Eh, Sabit müəllim, - dedi. - Ömrümdə bircə dəfə rola girmişəm, onu da mənə çox görürsən. İ.Məlikzadə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....