Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
RİŞXƏND
is. 1. Ələ salma, lağa qoyma, istehza etmə; masqara. Salavat bu açıq rişxəndi başa düşdü. Ə.Əbülhəsən. □ Rişxənd etmək (eləmək) - ələ salmaq, istehza etmək, lağa qoymaq. Kosaya rişxənd edənin top qara saqqalı gərək. (Ata, sözü). [Ələsgər:]
Qardaş, sən mənim çərçi olmağıma rişxənd eləyirsən? Ə.Haqverdiyev. Rişxəndə qoymaq - bax rişxənd etmək (eləmək). Hər
pirləri rişxəndə qoyub məsxərə qılma! Ə.Qəmküsar. Zeynal həm də türkcə danışaraq, Ağasəfəri rişxəndə qoyurdu.. Ə.Əbülhəsən. Rişxəndə salmaq - rişxənd üçün hədəf etmək.
2. “ilə” qoşması ilə - ələ salaraq, masqara ilə, istehza ilə; rişxəndlə. Rişxənd ilə cavab vermək. - [Imran:] Sizdən rica edirəm ki, mənlə rişxənd ilə danışmayasınız. S.S.Axundov. [Gülsabah Mirzə Camala:] Siz bu sözləri mənə rişxənd ilə deyirsiniz? C.Cabbarlı.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....