Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
RİŞƏ
is. [fars.] Kök (bitkidə). Yazın bir ayında xoş keçər illər; Zoğ edib rişədən baş verər güllər. Aşıq Ələsgər. Göy otlar qaranlıq torpağın altından başlarını çıxarıb, yüksəlmək üçün bahar havasından rişələrinə qüvvət diləyirdilər. Ə.Haqverdiyev. □ Rişə atmaq (salmaq) - kök atmaq, kök salmaq, rişələnmək. Çadır qarşılarında yanan məşəllərin şəfəqləri Araz çayının dalğalarına rişə atırdı. M.S.Ordubadi. Eşqin bu könlümdə atmış rişələr; Əcəlsə qoymadı versin bir səmər. Şaiq. [Sultan bəydə] şübhələnmək.. özünə məxsus rişə salmışdı. S.Rəhimov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....