Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
RİQQƏT
is. [ər.] Ürək yumşaqlığı, ürək incəliyi, şəfqət. Ilk dəfə idi ki, Sadıq kişi oğlunun, əziz-xələf oğlunun səsindəki həzin riqqəti görüb duyur, ürəyinin başı ağrıyırdı. Mir Cəlal. // Təsirlənmə, mütəəssir olma, acıma; təəssür. ..Tələbələrin səhnədə göstərdikləri müvəffəqiyyəti gördükcə riqqət və sevincindən gözləri yaşlar içində qalırdı. Şaiq. Toplaşanlardan çoxunun gözü həyəcan və riqqətdən yaşarmışdı. R.Rza. □ Riqqətə gəlmək - b a x riqqətlənmək. Anasının mehribanlığından riqqətə gəlmiş və ürəyi açılmış Qaraş gülümsədi. M.İbrahimov. Bu söhbətdən sonra Ulduz riqqətə gəlmiş, artıq anasının könlünü sındırmayaraq o tibb institutuna daxil olmuşdu. Ə.Məmmədxanlı. Riqqətə gətirmək - b ax riqqətləndirmək. Axund Fərəc, vəhşi adlandırdığı bu .. xalqı ağladacaq, riqqətə gətirəcək və sonra bütün acığını çıxacağını zənn edirdi. Qantəmir.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....