Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
RİCƏT
is. [ər.] 1. Geriyə dönmə, qayıtma, gəldiyi yerə tərəf hərəkət; əvvəlki yerə qayıtma; geri çəkilmə. ..Siyasi mübarizədəyeni qüvvələr toplamaq üçün müvəqqəti ricət ən ağıllı bir üsuldur. M.S.Ordubadi. [Qoca:] Assuriya, Midiya, Elam və iskitləri titrədən ordu parslar tərəfindən ricətə sövq edildi. Çəmənzəminli. □ Ricət etmək - geriyə dönmək, qayıtmaq; geri çəkilmək. Fədailər diliranə ricət etdi dübarə; Şahpərəstlər şikəs tapıb, üz qoydular fərarə. A.Səhhət.
Dini etiqadlara görə qiyamət günü dirilib təzədən məhşərə qayıtma. Hər kəs ölənlərin ricətini, yəni dirilib bu dünyaya gəlməyini xahiş edir. C.Məmmədquluzadə.
məc. Haşiyə çıxma, mətləbdən kənar çıxma. Əsərdə ritorik təsvirlər, ricətlər və uzunçuluq yoxdur. M.Ibrahimov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....