Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
RƏY
is. [ər.] 1. Bir şey haqqında fikir, mülahizə, söz. Bu barədə rəyin nədir? - [Katib] ərizəmi oxudu. Üzvlərin rəyini soruşdu. M.Hüseyn.
Bir əsər, tamaşa, konsert, kinofilm və s.-nin təhlil və tənqidini ehtiva edən məqalə, yazı; resenziya. Əsər haqqında rəy yazmaq. Rəsmi opponentlərin rəyi.
Fikir, mülahizə. Fərəc xan Bağır xanın əmisi oğlu və damadıdır, heç bir əmrdə onun rəyinə müxalifət etməz. M.F.Axundzadə. Xanın rəyi Vaqif vasitəsilə Kazım kişiyə bildirildi. Çəmənzəminli.
Rəyimcə, rəyincə şəklində - 1) məncə, səncə, mənə görə, sənə görə, ona görə. Rəyimcə pis roman deyil; 2) mən (sən, o) istəyən kimi, mənim arzumca; sənin arzunca, onun arzusuna görə. Bu nə keyfiyyətdir, bu nə macəra; Rəyimcə dolanmaz təqdiri-qəza. Q.Zakir. [Əxsitan:] Rəyimcə dönməyir bu çərxi-dövran; Bəlkə susar bir az nankor əhali. M.Rahim.
□ Rəy vermək, rəyə gəlmək - razılaşmaq. [Xudayar bəy Vəliquluya:] Sən istəsən, anan əlüstü rəyə gələr. C.Məmmədquluzadə. Bir rəyə gəlmək - müəyyən bir fıkrə, nəticəyə gəlmək; razılaşmaq, sazişə gəlmək. Haqsız qanlar axmasın deyə; Səyavuşla Piran gəldi bir rəyə. H.Cavid. Nəhayət, komissiya üzvlərinin hamısı bir rəyə gəldi. M.Hüseyn.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....