Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
RƏVAN
sif. və zərfi [fars.] Axıcı, səlis, aydın, asan oxunula və başa düşünülə bilən tərzdə. Xəyal etmişdi Vaqifi kim, rəvan bir xoş qəzəl yazsın. M.P.Vaqif. // Oxunaqlı, aydın, səlis, aydın başa düşülən. Rəvan yazı. Əsərin dili rəvandır. Roman rəvan oxunur.
□ Yoluna (yolu ilə) rəvan olmaq - yola düşmək, getmək. Qız cavab verməyib, atılıb qaçdı, Məşədi Qasım da yolu ilə rəvan oldu. Çəmənzəminli. Çəkirdi yaylıma sürünü çoban; Olurdu qaçaqlar yoluna rəvan. H.K.Sanılı.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....