Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
RƏVA
is. [fars.] 1. Caiz, layiq, münasib. Rəva bilmək (görmək) - məsləhət bilmək (görmək), caiz bilmək, layiq bilmək (görmək). [Pəri xanım:] Bəs bu axır ömrümdə, sən rəva görürsən ki, mən Şölə xanımın qucağında oğul görməyib ölüm? M.F.Axundzadə. [Baftai Pərşana:] Siz gərək rəva görməyəsiniz ki, Azər tapılmadığı üçün sərhəng Ehtişami məni baş vəzirin qəzəbinə qurban verə! Ə.Məmmədxanlı.
2. Rəvadırmı və ya rəvamıdır şəklində məsləhətdirmi, layiqdirmi, caizdirmi. [Qərib:] Rəvamıdır Qərib burda gözləyə. “Aşıq Qərib” . [Yusif:] Gör heç rəvadırmı ki, illər ilə bəslədiyin gözəl fikirlər bir dəqiqədə puç ola. N.Nərimanov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....