Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

RƏSM

is. [ər.] 1. Kağız, kətan və s. üzərində boya, qələm və s. ilə çəkilmiş hər hansı bir şeyin təsviri; şəkil. Təbiət rəsmləri. Dəniz rəsmi. Rəsm dəftəri. □ Rəsm etmək - çəkmək (şəkil və s.). Naxışları rəsm etmək. Rəsmini almaq - şəklini çəkmək, surətini çıxartmaq.
2. köhn. Ayin, dəb, adət, mərasim, üsul. Rəsm və təarifdən sonra ona qəlyan gətirdilər. M.S.Ordubadi. Barışdırmaq rəsmini tamam edəndən sonra qonaqlar şüru elədilər çay içməyə. Ə.Haqverdiyev. // köhn. Adət, qayda. Canım aldın, alma peykanın dilisuzandan; Rəsmdir kim, şahlar viranədən almaz xərac. S.Ə.Şirvani.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....