Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

RƏNGLİ

sif 1. Rənglənmiş, rəng çəkilmiş; boyalı. Rəngli pəncərə. - Binanın adına layiq işıqlı bir şey vardısa, o da təzəcə salınmış rəngli qapısı idi. M.İbrahimov.
Müxtəlifrəngli, rəngarəng, rəngbərəng, əlvan. Salman kişi [Aqilə] çoxlu dəftər, rəngli qələm alacağını vəd etdi. Mir Cəlal. [Müəllim] [Tapdığa] bir qutu rəngli karandaş gətirmişdi. Ə.Vəliyev. Rəng bildirən sifətlərdən sonra gələrək əşyanın həmin rəngdə olduğunu bildirir. Qırmızı rəngli bayraq. Qara rəngli parça. - Yadıma yurdumun çölü, çəməni; Suyu zümrüd rəngli göllərim gəlir! M.Dilbazi.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....