Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
RƏQS
is. [ər.] 1. Musiqinin tempinə uyğun olaraq ritmik bədən hərəkətlərindən ibarət incəsənət növü. Azərbaycan xalq rəqsləri. Rəqs insanların hələ çox qədim zamanlarda yaratdığı bir sənətdir. Ə.Bədəlbəyli. [Bəhram:] Nə gözəldir bu rəqslər! Könüllərdən qaçır kədər. A.Şaiq. □ Rəqs etmək - rəqs ifa etmək; oynamaq. Axışıb gələn dəstələr həyətdə toplanır, çal-çağır başlayır, gənclər yallı tutub rəqs edirdilər. S.Rəhimov. Qızlar əlvan paltar geyib; Rəqs edirlər qoşa-qoşa. M.Dilbazi.
Həmin hərəkətlərin ritm, üslub və sürətinə uyğun musiqi əsəri. Bramsın macar rəqsləri.
İştirakçıların belə hərəkətləri ifa etdikləri, oynadıqları şənlik, əyləncə. Klubda rəqs gecəsi təşkil olunmuşdu.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....