Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
RƏİS
is. [ər.] İdarə edən, rəhbərlik edən, başçılıq edən adam. Milis rəisi. Sex rəisi. [Çeşməkli kişi:] Mən bu tikintinin rəisini axtarıram. S.Rəhman. Iş ilə tanış olandan sonra Vahidi axırıncı dəfə rəis özü dəyişdirdi. Mir Cəlal. // Başçı, müdir. Şamaxı realni məktəbinin rəisi Şamaxıya gələn kimi əvvəl bir müsəlmanlar ilə dadışdı.. C.Məmmədquluzadə. Hasılı Hacı Aslan çox böyük adam idi; çünki o, nüfuzlu bir məhəllə rəisi və ağsaqqalı idi. S.Hüseyn. // köhn. Bir heyət və ya məclisin başında duran şəxs; sədr. Vəkillər heyəti rəisi. Hökumət rəisi.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....