Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
RƏHMƏT
is. [ər.] klas. 1. Yazığı gəlmə, rəhm etmə, mərhəmət.
məc. Nemət, bərəkət mənasında. Alqış sənə, ey zəhmət; Dünyaya saçan rəhmət; Sənsən bu əməklərlə. A.Şaiq.
məc. Dindarların etiqadına görə, Allahın mərhəmətinin təzahürü olaraq yağan xeyirli yağış. Müsəlman dininə görə Allahın ölülərə rəhm edib günahlarını bağışlaması. □ ...rəhmət! - Allah ... günahından keçsin! Gərçi, ey dil, yar üçün üz verdi yüz möhnət sana;
Zərrəcə qəti-məhəbbət etmədin, rəhmət sana. Füzuli.
□ Rəhmət demək (oxumaq) - yaxşılıqla anmaq, yaxşılığına danışmaq. Düşmən düşmənə rəhmət oxumaz ki... - Sanma varis mənə rəhmət oxuyub heyf çəkər. M.Ə.Sabir. [Mirzə Heydər:] Cəmi-aləm [atama] rəhmət oxuyur. Ə.Haqverdiyev. [Qara kişi:] Gərək hamıya yaxşılıq eləyəsən ki, öləndə hamı rəhmət desin. B.Bayramov. Rəhmət etmək bax rəhmətə getmək. Rəhmətə getmək ölmək. Vaxt yetişdi, anası.. rəhmətə getdi; Bu həsrətin ağrısını duydu Əmirxan. S.Vurğun. Allah rəhmət eləsin! - təsəlli və təziyə ifadəsi. Yazıq Molla Tanrıqulu, Allah sənə rəhmət eləsin! C.Məmmədquluzadə. [Molla Əkbər:] Bu tarçı .. Əsəd deyildi... Tanrıçı Əsəd idi... Yaxşı adam idi. Allah rəhmət eləsin... B.Talıblı. Allah(ın) rəhmətinə getmək - bax rəhmətə getmək. [Səkinə xanım:] Qardaşım Allahın rəhmətinə getdi. M.F.Axundzadə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....