İzahlı lüğət

RƏHM

is. [ər.] Acıma, yazığı gəlmə, ürəyi yanma; mərhəmət. Şahın zülmü yüz olar; Rəhmini görən olmaz. (Bayatı). Onun heç bir rəhmi, insafı yoxdurmu? M.S.Ordubadi. Rəhm etmək (köhnə forması: rəhm qılmaq) - yazığı gəlmək, halına acımaq, ürəyi yanmaq, mərhəmət etmək. Yandırma mənim canımı, öz canına rəhm et. Qövsi. Vaqifə rəhm eylə, bari, ilahi; Agah et dərdindən ol üzü mahi. M.P.Vaqif. Sənə nə qədr dedim, rəhm qıl mənə, getmə. X.Natəvan. Rəhm oyanmaq - bax rəhmə gəlmək. [Nərgiz:] Qəsdən dayandım ki, bəlkə ürəyimə qan gələ, rəhm oyana. B.Bayramov. Rəhmə gəlmək acımaq, yazığı gəlmək, ürəyi yanmaq. Aşiqinə qanlar ağladan dilbər; Rəhmə gəlib göz yaşını silməzmi? M.P.Vaqif. [Balaş Gülüşə:] Müqəssir mən özüməm, bacıcan, mənə rəhmin gəlsin. C.Cabbarlı. Rəhmə gətirmək insafa gətirmək, ürəyində mərhəmət hissi oyandırmaq. Rəhmi gəlmək - b a x rəhm etmək. [Sultan bəy:] [Arşınmalçının] amma xalasını alardım və bir söz deyən olsa idi, deyərdim ki, bir fağır dul arvad idi, rəhmim gəldi, aldım. Ü.Hacıbəyov. Sənubərin sinəsi qabardı, anasına rəhmi gəldi. B.Bayramov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed