Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
RƏF2
is. [ər.] Qaldırma, aradan götürmə, rədd etmə, ləğv etmə, yox etmə. Ən əvvəl lazım olan budur ki, öz ehtiyacatımızı dürüst bilib, tədriclə bunların rəfinə çalışaq. F.Köçərli. □ Rəf etmək (köhnə forması: rəf qılmaq) - aradan götürmək, aradan qaldırmaq, yox etmək, ləğv etmək, rədd etmək. Rəf qıl dərdimi, tut bir neçə camilə əlim; Saqiya, ol gözü xummardən oldum məyus. S.Ə.Şirvani. Poçtyolu ilə gəlib-gedənlərin hər ehtiyaclarını Rəhim bəy kəmali-məmnuniyyətlə rəf edirdi. Ə.Haqverdiyev. Rəf olmaq - aradan qalxmaq, yox olmaq, yox olub getmək. Yetişən zaman başa sinnü sal; Didarını görcək, rəf oldu məlal. Q.Zakir. Rəf olunmaq yox edilmək, yox olub getmək. Ürəkdə həvəs cuş edəndə gözdən axan yaşla ürəkdəki ağırlıq rəf olunur. S.M.Qənizadə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....