Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
REDAKSİYA
[lat. redaction - qaydaya, səliqəyə salma] 1. Mətni işləmə və düzəltmə, redaktə etmə. Protokolun son redaksiyası. Əsərin redaksiyasını mütəxəssisə tapşırmaq.
Hər bir nəşrin (kitabın, məcmuənin və s.-nin) nəşrinə rəhbərlik. Professorun redaksiyası altında dərslik. // Həmin işə rəhbərlik edən heyət, orqan. Baş redaksiya. Redaksiya şurası. Redaksiya heyəti.
Bir fikrin, tezisin, müddəanın bu və ya digər şəkildə ifadəsi, ifadə forması. Nizamnamənin 3-cüparaqrafının yeni redaksiyası.
Hər hansı bir bədii, musiqi və b. əsərin, yaxud onun ayrıca bir hissəsinin variantı. Romanın yeni redaksiyası. “Ildırımlı yollarla” baletinin yeni redaksiyası.
Dövri mətbuat orqanının çapa hazırlanmasına rəhbərlik edən əməkdaşlar kollektivi. “Ədəbiyyat və incdsənət " qəzetinin redaksiyası. // Mətnin əlyazmasını işləyib çapa hazırlamaqla məşğul olan işçilər qrupu. Redaksiya əməkdaşlarının işlədiyi bina. Redaksiyanın ünvanı.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....