Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
RAZILIQ
is. Razı olma, məmnunluq hissi; məmnuniyyət. Ağrıdan, acıdan yaranır əsər; Ölər yaşanmamış söz bələyində; Bitməmiş, bitəmməz böyük bir əsər; Özündən razılıq kölgəliyində. B.Vahabzadə. □ Razılıq (razılığını) almaq - razı olub-olmadığını öyrənmək, razılığını əldə etmək, razı olmasına nail olmaq. [Gülsabah:] [Qüdrət] səni atıb gedirkən səndən razılıq aldımı? C.Cabbarlı. ..Kamalın atası ova hazırlaşanda Kamal onunla getməyə razılığını aldı. M.Rzaquluzadə. Razılıq etmək - razılığını bildirmək, təşəkkür etmək. Nahar qurtarandan sonra Lütfəli razılıq edib öz evinə getdi. İ.Musabəyov. Fətulla hamının əlini sıxıb razılıq etdi. Mir Cəlal. Razılıq vermək - razı olmaq, razı olduğunu bildirmək; icazə vermək. [Sərətan:] Yox, gərək Afətə razılıq verəm; Yoxsa varlığımı parçalayar qəm. M.Rahim.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....