Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
PÜSTƏ
is. [fars. ] 1. bot. Qışda yarpağı tökülən, quraqlığa davamlı, qabıqlı meyvə gətirən subtropik ağac. Bağçanın ortasında tək birpüstə ağacı vardı. M.Hüseyn. Ovalıqların bəzi yerlərində kiçikpüstə meşəlikləri tərkib etibarilə olduqca müxtəlifdir. M.Qaşqay.
2. Həmin ağacın bərk və şəffaf qabıqlı ləpəsi olan yaşılımtıl meyvəsi. Püstə ləpəsi.
Üst qabıqdan ayrılan şirmayı kimi zərif ağ qabıqlı püstələryerə düşüb diyirləndi. M.Rzaquluzadə. // məc. Adətən şeirdə gözəlin ağzı, dodaqları püstəyə oxşadılır. Ey yanağı lalə, ləbləri püstə; Ağzı nabat, şəkkərzəban, bəri bax! M.P.Vaqif. Mən demədim sənə: “Ay ağzı püstə! Havadır oylağın, yerdir vətənin” . S.Vurğun.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....