İzahlı lüğət

PUL

is. 1. Alğı-satqı vaxtı qiymət ölçüsü kimi işlədilən metal və ya kağız parçası; bank bileti; ağca. Kağızpul. Xırda pul. - Yusifəmi hazır elədiyi pulu verib dedi ki, dəxi bundan savayı pulumuz yoxdur. C.Məmmədquluzadə. Pul çıxarmaq - pul əldə etmək, gəlir götürmək. Hər şeydən pul çıxarmaq. Pul dartmaq (qoparmaq) - birisindən hər hansı bir yolla pul almaq və ya pul çəkməyə çalışmaq. Pul eləmək - satıb pula çevirmək, əvəzində pul almaq. Ibrahim atın çıxartdı bazara, satdı, pul elədi. (Nağıl). Pul kəsmək - metal pul zərb etmək, kağız pul kəsmək. Pul qoymaq hər hansı bir məqsədlə çoxlu pul xərcləmək. [Pəri:] Gərək lazım gələcək qədər pul qoyub [Gülnisəni] xilas edəm. C.Cabbarlı. Pul tökmək - çoxlu pul xərcləmək, pul qoymaq. ..Qızının sağalması üçünpul tökməyə, hətta var-yoxundan çıxmağa hazır idi. Ə.Abasov. Pul yemək - özünə tapşırılmış pulu mənimsəmək. Biri nəvvadeyi-dəllək Səfər, adı Sultan; Pul yeməkdən ötəri taki olubdur deptat. S.Ə.Şirvani. [Məşədi İbad:] Bəs bu nə kələkdir ki, Rüstəm bəy .. mənim başıma gətirir, özü də hələ mənim beş min manatpulumu yeyibdir. Ü.Hacıbəyov. Pulunu cibinə qoymaq məc. - sataraq pul hasil etmək, nağd pula çevirmək. ..Biz Allaha deyirikki, biz sənə ibadət elədik, sən də bizə yağış göndər ki, pambıqlarımızı suvaraq və pambığı sataq, pulunu qoyaq cibimizə. C.Məmmədquluzadə.
Kapital, dövlət, sərvət. Xudayar bəyin qəsdi Zeynəbin və səğirlərin var-yoxuna, puluna və mülkünə sahib olub Zeynəbi çölə ötürmək idi. C.Məmmədquluzadə. [Mərcan bəy:] Pulun ola, malın ola, amma arvad sənə göz verə, işıq verməyə? Ü.Hacıbəyov.
Bəzən balıqların üzərindəki sədəf kimi parlaq pərəklər, pulcuqlar; ağca. Balığın pulunu təmizləmək.
□ Pula dönmək - qıpqırmızı olmaq, bərk qızarmaq. Pultək (kimi) qızarmaq (olmaq) xəcalətdən, utanmaqdan üzü bərk qızarmaq, qıpqırmızı olmaq. Xəcalətindən pul kimi oldu.
Kargüzar qız pul kimi qızarıb istər-istəməz yazmağa başladı. S.Rəhimov. Utandığındanmı, xəcalət çəkdiyindənmi başını yuxarı qaldıra bilmirdi. Sifəti pul kimi qızarmışdı. Ə.Vəliyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed