Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
PUÇUR
is. 1. Tumurcuq. Mən sakitcə dayanıb ağaca baxır, puçurlarına.. diqqət edirdim. Mir Cəlal.
2. dan. Damcı-damcı axan tər, tər damcıları. Səhər keçir hücuma, puçur tərə batırsan.. M.Rahim.
puçur-puçur sif. Damcı-damcı, damla-damla. Alnında titrər; Puçur-puçur tər; Nə yazsa azdır; Min sinədəftər. S.Vurğun. Puçur-puçur tər tökmək - işləməkdən, istidən və ya xəcalətdən tər tökmək. [Səməd:] Adamla üz-üzə duranda [gəlin] puçur-puçur tər tökür. İ.Hüseynov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....