Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
PÖRTMƏK
f 1. Qırmızı olmaq, qırmızılaşmaq, qırmızı rəng almaq, qızarmaq. Kiçikbəyimin buğdayı üzü pörtür, nəşə ilə əllərini ovuşdurur.. Çəmənzəminli. Gülşən pörtdü. Işin içindən çıxmaq üçün yol axtardı. Ə.Vəliyev.
Üzdən yanmaq, yanıb qızarmaq, qarsaqlanmaq. Alov üzümüpörtdü. - Uzun illərdən bəri oda yaxın olduğundan bu arvadın üzü .. pörtmüşdü. Ə.Əbülhəsən. Qaynar suya salıb çıxarmaq, üstünə qaynar su tökmək; pörtləmək. Aşpaz xoruzu pörtmək üçün qaynar su ilə dolu bir qazana salır. (Nağıl). [Çərkəz:] Pencər yaxşıdır. Heç bu il nubar eləməmişəm. Istəyirsən balığı da pörtdət. İ.Şıxlı.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....