Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
POZMAQ
f. 1. Yazını rezin və s. ilə silmək, yaxud üstündən xətt çəkməklə qaralamaq. Əlyazmasının bir abzasını pozmaq. - [Balarza:] Məni qana salma, poz, sənə deyirəm. C.Cabbarlı. Cəmilə yazdığını oxudu, bəyənmədi, pozdu, yenidən düzəltdi. S.Rəhimov.
məc. İcazə verilməyən bir iş görmək, qaydadan kənara çıxmaq. Nizam-intizamı pozmaq. Qaydanı pozduğu üçün cərimələnmək. // İcazə verilməyən, qadağan olunmuş yerdən keçmək. Sərhədi pozmaq. - [İnci:] Düşmənlər hüdudu pozmuşdur deyə; Gedirəm xanıma xəbər verməyə. A.Şaiq.
məc. Adi qayda ilə inkişaf etməsinə mane olmaq, qarmaqarışıqlıq törətmək, nizamsız hala salmaq, dağıtmaq. [Gənc:] Birinin işləyən, o birinin müftə yeyən olması insanların həyatını pozmuşdur. Çəmənzəminli. Amansız müharibə .. [kəndlilərin] yaşayışını pozmuş, yurdlarını dağıtmış, özlərini də dilənçi halına salmışdı. T.Ş.Simurq. // məc. Mane olmaq, maneçilik törətmək, əngəl törətmək. Işin gedişini pozmaq. - Xanlar bu hərəkətilə bayram təntənəsini pozmaq istəyirdi. Mir Cəlal. [Gülxar Nərgizə:] ..Gərək özgəsinin dincliyini pozmayasan. B.Bayramov.
məc. Nizamsız hala salmaq, qarışdırmaq, səliqədən salmaq. Əl uzadıb baş bəzəyin pozasan; Hər birin bir yana atasan dürüst. M.P.Vaqif.
məc. Dəyişmək, dəyişdirmək (əsasən inkarda işlədilir). Rüstəm kişi isə vəziyyətini pozmadan, soyuqqanlılıqla dedi. M.İbrahimov. Pristav camaatın arasında təmkin və vüqarını pozmamağa çalışdısa da bacarmadı. Ə.Vəliyev.
məc. Danışmağa başlamaq, sükuta, sakitliyə son qoymaq. Sakitliyi pozmaq. - Aralığa çökən sükutu artıq heç kəs pozmadı. Ə.Məmmədxanlı. Araya çökən sükutu pozmaq .. məqsədilə dilləndim. M.Rzaquluzadə.
Bax qarışdırmaq 3-cü mənada. Kefini pozmaq.
“Əhdi” , “ilqarı” , “peymanı” , “vədini” sözləri ilə - verdiyi sözdən qaçmaq, əhdinə vəfa etməmək. [Nüşabə:] Olsa yer, göy mənə qarşı əlbir; Pozmaram əhdi, sözüm birdir, bir! A.Şaiq. Unudur verdiyi əhdi, ilqarı; Pozur peymanını tez insan oğlu. Aşıq Şəmşir.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....