Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
POST
[fr.] 1. Bir şeyi və ya şəxsi müşahidə altında saxlamaq və ya mühafizə etmək üçün yer, məntəqə. Belə qorxulu vaxtda postdan uzaqlaşmaq olarmı? H.Nəzərli. [Keşikçilər] durmadan öz postları ətrafında dolaşırdılar. S.Vəliyev.
Bir şeyi mühafizə etmək və ya müşahidə altında saxlamaq üçün müəyyən yerdə qoyulmuş növbətçi və ya əsgər dəstəsi. Mədədov taqımı gəzib, postları yoxlayıb, keşikdən azad olan əsgərin istirahət etdiyinə, yuxuladığına baxırdı. Ə.Əbülhəsən.
xüs. İstehsal prosesinin telemexanika, siqnal və s. vasitəsilə idarə olunduğu yer. Rəis operator postlarından birinə çıxır, kimə isə göstəriş verir. (Qəzetlərdən).
dan. Məsul vəzifə. Direktorluq postu. Məsul post.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....