Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
POETİK
sif [yun.] 1. Poeziya ilə bağlı olan, poeziya ilə əlaqədar olan; bədii. Poetik əsər. // Poeziyaya xas olan; şairanə. Poetik gözəllik. Poetik nitq. Yazıçı poetik dilə malik olmalıdır.
Yaradıcılıq istedadı ilə, şairlik qabiliyyəti ilə bağlı olan; bədii. Poetik istedad. Poetik təb.
Estetik tələblərə cavab verən; gözəl, estetik, incə. [Q.Primovun] çaldığı musiqidə ən kiçik melodik cümlə, ən xırda guşə, ən balaca ibarə belə özlüyündə çox zərif çox incə bir poetik məna kəsb edir. Ə.Bədəlbəyli.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla