Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
PIYALƏ
is. [fars.] Ağzı gen, dibi dar balaca içki qabı; qədəh. Su piyaləsi. - [Pəri Cadu:] Doldur piyaləni, anadan olandan indiyə kimi mən belə kefi görməmişəm. Ə.Haqverdiyev. Hamı bir ağızdan “urra” deyibpiyalələri qaldırdılar. Ə.Vəliyev. // Həmin qabın çay içmək üçün olan növü. Piyaləyə çay tökmək. // Müxtəlif obrazlı təşbehlərdə. Sözləri qənd, ağızları piyalə; Şəkər əzmiş dilə, dodağa qızlar. M.P.Vaqif. Qaşının tağındapiyalə gözlər; Yeni ay qoynunda ulduza bənzər. A.Şaiq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....