Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
PIŞVAZ
is. [fars.] Gələn adamı qarşılama, qabağına çıxma. Hədiyyə də pişvaza gələnlər içərisində idi. Mir Cəlal. □ Pişvaz etmək gələn adamı qarşılamaq, qabağına çıxmaq. Mən qonaqların qabağına çıxıb sidqi-ürəkdən onları pişvaz edirdim. C.Məmmədquluzadə. Aşıq Cəlal qoca ustadını böyük bir hörmət və sevincləpişvaz etdi. Ə.Məmmədxanlı. Pişvaza çıxmaq- b ax pişvaz etmək. Atası oğlunun gəlmək xəbərini eşidib pişvaza çıxdı. (Nağıl). [Hacı Nəsir:] Gülpəri.. gərək sənin pişvazına çıxılaydı, şadlıq olunaydı. S.S.Axundov.
piti is. Hər adam üçün ayrı-ayrı güvəclərdə bişirilən bozbaş. Piti bişirmək. - [Ümid:] [Hətəmovun] yağlı pitisi olmasa, canı dinclik tapmaz. B.Bayramov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....