Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
PİSLİK
is. 1. Pis şeyin hal və keyfiyyəti (yaxşılıq ziddi). Yolun pisliyi. - Yüz min camaat içdiyi suyun yaxşılığı və pisliyini təbib əvəzinə molladan və hacıdan soruşuruq. C.Məmmədquluzadə.
2. Pis iş, alçaqlıq, rəzillik, pis əməl, pis hərəkət; fənalıq. Yetim diriləcək, Əzrailin pisliyi özünə qalacaq. (Ata. sözü). Insanı pisliklərə sürükləyən bəlaların birisi və ən qorxulusu da şübhədir. S.Vurğun. □ Pislik etmək - birinə qarşı pis iş görmək, alçaqlıq etmək, zərər vurmaq. [Oğlan:] O mənə nə pislik edibdir və nə qəbahətin sahibidir ki, mən onu gorsuz-kəfənsiz qoyub gedim? E.Sultanov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....