Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

PİSLƏŞMƏK

f 1. Getdikcə pis olmaq, keyfiyyətini itirmək, xarablaşmaq. Məhsul pisləşib.
2. Halı, vəziyyəti daha da xarab olmaq, daha da pis olmaq, ağırlaşmaq, kəskinləşmək, fənalaşmaq. Getdikcə Məmməd sövdəgərin əhvalı pisləşirdi. “Aşıq Qərib” . Almanlar əsirləri italyan torpağına gətirdikdə Məzlumun vəziyyəti daha dapisləşdi. S.Vəliyev. // Maddi və ya mənəvi vəziyyəti getdikcə xarab olmaq, ağırlaşmaq. Torpaqsız kəndlinin bəd idi falı; Pisləşirdi onun gün-gündən halı. H.K.Sanılı.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....