Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
PİLLƏ
is. [fars.] 1. Pilləkənin çıxarkən və ya düşərkən ayaq qoyulan üfüqi hissələrindən hər biri. Ləman ucadan gülüb, bir neçə pillə qalxdı və Teymura sarı döndü. H.Seyidbəyli. // Cəm şəklində: pillələr - pilləkən. [Usta Ağabala] ..pillələr ilə aşağı endi və alçaq qapını taqqıltı ilə açıb girdi hamama. Çəmənzəminli. Işıqlı mərmər pillələrlə yer altına enirik.. M.İbrahimov. Çatıb evə, pillələri; Birnəfəsə çıxır Reyhan. M.Dilbazi. // məc. İnkişafın dərəcəsi, mərhələsi. Təmərküzləşmənin yüksəkpilləsi. - Inkişafın aşağı pilləsində olan bir xalqın təşkilatı dağınıq, ictimai həyatı naqis olur. M.İbrahimov. // məc. Mərtəbə, səviyyə, dərəcə. Yarməmməd çoxdan hesabdarlıqdan birpillə yuxarı qalxmaq fikrində idi. M.İbrahimov.
2. Hissə. Raket bir neçəpillədən ibarətdir.
pillə-pillə zərfi 1. Pillələri bir-bir çıxaraq və ya düşərək. Pilləkəni pillə-pillə çıxmaq. Mərtəbə-mərtəbə. Qayalıqlı dağın ətəyində pillə-pillə salınmış kəndin bomboz evləri ətrafındakı boz qayalıqdan seçilmirdi. M.Rzaquluzadə.
məc. Tədricən, yavaş-yavaş. Ucalırıq pillə-pillə; Boy atırıq qarış-qarış. B.Vahabzadə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....