Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
PƏRVAZLANMAQ
f 1. Uçmaq. Göyərçinlər pərvazlanır; Qərar tutmur yuvada. S.Rüstəm. Yalnız arabir su üzərində dəstə ilə uçuşan və təkdənbir suyun səthinə qədər enib, yenə də sürətlə havaya pərvazlanan (f.sif.) quşlar görünürdü. M.Hüseyn. // Qanad çıxarmaq, qanadı çıxmaq, uçmağa başlamaq. Laçın pərvazlanıb uçan vaxtıdır; 0ikar ovlağına şux tərlan gəlir. Aşıq Şəmşir. Bala quş həmişə anasının yanında qalmır. Bir az böyüyəndən sonra pərvazlanır, özünə yuva tikir, ana olur. Ə.Abasov.
2. məc. Qanadlanmaq, qol-qanad açmaq, ruhlanmaq. [Qəndab:] ..Çox eşitmişdim ki, qızın üstünə ad qoyulan kimi o, qol-qanad açır, böyüyür, pərvazlanır. B.Bayramov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....