Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
PƏRT
sif Əhvalı pozğun, tutqun, pərişan, bir şeydən inciyərək pozulmuş, məyus olmuş, incimiş; incik. Qüdrət İsmayılzadə .. evinə çox pərt (z.) qayıtmışdı. M.Hüseyn. Rüstəm kişi acıqlı, pərt və fikirli idi. M.İbrahimov. □ Pərt etmək - bir söz deməklə utandırmaq, yaxud qəlbinə toxunmaq, məyus etmək, əhvalını pozmaq, ruhən incitmək. Səni son məktubumla bir azpərt eləmişdim; Bunu özümə sonra yaman dərd eləmişdim. S.Rüstəm. Pərt olmaq - b a x pərtləşmək. Rəşid pərt olub, çaşmış bir halda səkinin kənarında dayandı. Ə.Məmmədxanlı. Aydın utanıb, bir qədər pərt oldu. H.Seyidbəyli.
pərt-pərt zərfi Pərt halda. Mirzə Əliməmməd isə pərt-pərt qapıya baxaraq doğma qardaşının buraya gəlməsindən heç də razı qalmadı. Çəmənzəminli.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....