Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
PƏRİŞAN
sif. və zərf [fars.] 1. Dağınıq, qatma-qarış, nizamsız. Ağarmış saçları çiyninə tökülmüş, pərişan saqqallı bir qoca.. dar küçə iləgedirdi. Çəmənzəminli. ..Səlim [Mehribanın] tərləmiş üzünə tökülmüş pərişan saçlarını bir tərəfə edib alnının tərini sildi. S.Hüseyn. □ Pərişan etmək - pərən-pərən salmaq, dağıtmaq, darmadağın etmək. Girsə o səngərə tək bir qəhrəman; Bütün bir alayı edər pərişan. H.K.Sanılı. Pərişan olmaq darmadağın olmaq, pərən-pərən düşmək; dağılmaq. Havada parladı qızıl bir nişan; Gərayın dəstəsi olub pərişan.. S.Vurğun.
2. Qəmli, kədərli, qüssəli. Pərişan gəzirsən bütün aləmi; Gözündə ilk bahar zimistan olur.. S.Vurğun. [Afət:] Yaramı açma gəl, Pəri, qan gedər; Afət bu dünyadan pərişan gedər. M.Rahim. □ Pərişan etmək - çox məyus etmək, kədərləndirmək, qüssələndirmək, qəmləndirmək. Bir tərəf şanə dağıtdı zülfünü, bir yan səba; Hər tərəfdən hər biri könlüm pərişan etdilər. S.Ə.Şirvani. Bütün ömründə çox az xəstələnən, son illər heç xəstələnməyən Böyükkişinin qəflətən yorğandöşəyə düşməsi xanımın halını olduqca pərişan etmişdi. S.Rəhimov. Pərişan olmaq qəmlənmək, kədərlənmək, qüssələnmək, çox məyus olmaq. Istəsən könlüm kimi zülfün pərişan olmasın; Ol qədər cövr et mənə ah etmək imkan olmasın! M.Ə.Sabir.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....